<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>212</hymn_number>
<title>Adımı yazmısan Göylərdə İL212</title>
<lyrics>[V1]
 Adımı yazmısan Göylərdə,
 Taxtını qurmusan qəlbimdə.
 Sən əbədi Padşahsan,
 Qəlbimdə məkan salmısan,
 Sözlərin olubdur bələdçim.

[V2]
 Müqəddəs Ruhundur qəlbimdə,
 Sözlərin hər zaman dilimdə.
 Sən Allahın Oğlusan,
 Sən əzəldən mövcudsan,
 Zülmətdə parlayan işıqsan.

[V3]
 Nəğməmin əzəli, sonusan,
 Ən gözəl, ən təmiz qidamsan.
 Sözlərindir çörəyim,
 Hər dəqiqə gərəyim,
 Qayğıkeş, Müqəddəs Atamsan.

[V4]
 Sözlərin sığmayır cahana,
 Xoş Müjdən yayılsın hər yana.
 İnsanları sevirsən,
 Günaha nifrət edirsən,
 İsa, Sən hamını səsləyirsən.</lyrics>
</song>